Erməni futbolçu Hollandiya klubundan qovuldu

Buna 29 yaşlı yarımmüdafiəçinin baş məşqçi ilə mübahisəsi səbəb olub.

Hollandiyanın "Villem II" klubu "Beşiktaş"dan icarəyə götürdüyü erməni futbolçu Aras Özbilizin icarə müqaviləsini pozub.

Buna 29 yaşlı yarımmüdafiəçinin baş məşqçi ilə mübahisəsi səbəb olub.

Ermənistan millisinin üzvü müqavilə ilə məxsus olduğu "Beşiktaş"a qayıdıb.

Qeyd edək ki, Özbiliz cari mövsüm 17 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.(qafqazinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31