Messi Ronaldonu geridə qoyub

"Barselona"nın ulduz futbolçusu Lionel Messi La Liqada standart vəziyyətlərdən 81-ci qolunu vurub.

Olaylar.az bildirir ki, argentinalı hücumçu La Liqanın 30-cu turunda "Vilyarreal"la matçda (4:4) komandasının bərabərlik qolunu vurub.

Beləliklə, Messi standart vəziyyətdən vurduğu qolların sayını 81-ə çatdırıb. 

Barselonalı hücumçunu bu göstəricidə sabiq "Real Madrid"li Kriştiano Ronaldo 80 qolla izləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31