Dünyanın ən çox qazanan futbolçularının adı açıqlanıb
2 Aprel 2019 17:58 İdman"France Football" nəşri dünyanın ən çox qazanan 5 futbolçusunun siyahısını dərc edib.
Olaylar.az bildirir ki, gəlirlər futbolçuların maaşlarını, əlavə mükafatları, sponsorluq gəlirlərini və digər qazancları əsas tutaraq hazırlanıb.
Siyahının ilk pilləsində "Barselona" klubunun ulduzu Lionel Messi yer alıb. Argentinalı hücumçu ilinə 130 milyon avro qazanır.
İkinci yerdə isə "Yuventus"un ulduz futbolçu Kriştiano Ronaldo qərarlaşıb. Portuqaliyalı hücumçu isə ilinə 113 milyon avro qazanır.
İlk 3-lüyü braziliyalı Neymar Juniyor tamamlayır. "PSJ"nin 26 yaşlı hücumçusu ilinə 91.5 milyon avro qazanır.
Siyahıda növbəti iki yeri isə ilinə 44 milyon qazanan "Atletiko Madrid"li Antuan Qrizmann və "Real Madrid"li 40.2 milyon qazancla "Real Madrid"li Qaret Beyl tutur.