Çempionluq tədbirinə babasının başını gətirdi

Argentinada 2018/19 mövsümünün qalibi "Rasinq" klubu olub.  

Tarixində 18-ci dəfə çempionluq yaşayan komandanın azarkeşləri uğuru çılğınlıqla qeyd edib. Hətta bir azarkeş çempionluğu qeyd etməyə əlində insanın kəllə sümüyü ilə gəlib.

Həmin şəxsin açıqlaması hər kəsi şoka salıb: "Babamın kəlləsini məzardan çıxardım. Sağ olsaydı, o da bu tədbirə qatılardı".

Qeyd edək ki, "Rasinq" "Tiqre" ilə heç-heçə edərək (1:1) mövsümün sonuna bir tur qalmış çempion olub.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31