Derbidən sonra dava düşdü - 3 nəfər yaralanıb

Şotlandiyada "Seltik" - "Reyncers" görüşündən sonra futbol fanatları arasında "kütləvi dava düşüb.

Hadisədə 20-yə yaxın azarkeş iştirak edib. Qarşıdurma nəticəsində 3 nəfər bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları neçə nəfərin saxlanıldığı haqqında xəbər vermir.

Qeyd edək ki, oyun ev sahiblərinin son dəqiqələrdə vurduğu qolla 2-1 hesabı ilə başa çatıb.

milli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31