Azərbaycanlı velosipedçi Ukraynada birinci oldu

Elçin Əsədov Ukraynanın "Lvov" kontinental komandasının da üzvüdür.

Azərbaycanın şosse velosipedi üzrə Elit milli komandasının üzvü Elçin Əsədov Ukraynanın Odessa şəhərində Sergey Utoçkinin xatirəsinə həsr olunan turnirdə iştirak edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat xidməti xəbər verir ki, idmançı bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub.

Qeyd edək ki, Elçin Əsədov Ukraynanın "Lvov" kontinental komandasının da üzvüdür.

AzNews.az

image description

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31