Forlan Qrizmannı transfer edəcək klubu açıqladı

Uruqvay millisinin keçmiş hücumçusu Dieqo Forlan, Antuan Qrizmannla bağlı açıqlama verib.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı keçmiş futbolçu, Qrizmannın İnter-ə transfer oluna biləcəyini deyib:

"Qrizmann Atletico-da oynamağa davam etsə, orda bir əfsanə olacaq. Amma İnter Mauro İkardini satsa, Qrizmannı transfer edəcəyini bildirib".

Qrizmannın hazırkı təzminat məbləği 200 milyon avrodur, lakin müqavilənin şərtlərinə görə, bu məbləğ iyulun 1-dən 120 milyon avroya düşəcək.

Fransalı futbolçu bu mövsüm Atletico-nun heyətində iştirak etdiyi 39 oyunda 18 qolla yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31