Futbol tarixinin ən yaxşı baş məşqçisi məlum olub

Futbol tarixinin ən yaxşı klub baş məşqçilərinin siyahısı dərc olunub.

Olaylar.az bildirir ki, siyahını "France Football" nəşri hazırlayıb.

Siyahının ilk pilləsində Ayaks və Barselona klublarının sabiq məşqçisi Rinus Mihels qərarlaşıb. İkinci pillədə "Mançester Yunayted"in sabiq, əfsanəvi baş məşqçisi Aleks Ferqusson yer alıb.

İlk üçlüyü "Milan"nın sabiq baş məqşçisi Arriqo Saççi tamamlayıb. 

Siyahının geridə qalan ilk onluğunda Yohan Kroyf, Xosep Quardiola, Valeri Lobanovski, Eleniyo Herrera, Karlo Ançelotti, Hernst Hapel, Bill Şankli qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31