Qızlar futbolunda əlbəyaxa dava – Video
18 Mart 2019 15:01 İdman17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunda keçirilən Rusiya - İsveçrə oyununda futbolçular arasında dava düşüb.
Münaqişə ikinci hissədə rusiyalı Diana Pamen və isveçrəli Ella Lüştina arasında olub. Pamen Lüştinaya təpik vurub. Lüştina isə əvəzində onun başına yumruq zərbəsi endirib. Komanda yoldaşları davanın daha da böyüməsinə imkan verməyib. Hər iki futbolçu qırmızı kart alaraq meydandan qovulub.
Qeyd edək ki, qarşılaşmanı 2:4 hesabı ilə İsveçrə yığması qazanıb.
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31