Azərbaycanlı çeçen döyüşçünü nokauta saldı - Video
17 Mart 2019 22:04 İdmanSankt-Peterbuqda qarışıq döyüş növləri üzrə turnir keçirilib.
Azərbaycanlı idmançı Tural Rəhimov döyüşlərin birində məğlubedilməz Əhməd Şervaniyevlə qarşılaşıb.
Döyüş ilk raundda başa çatıb. T. Rəhimov rəqibini nokauta göndərərək qələbə qazanıb.
Qeyd edək ki, Ə. Şervaniyev Qroznı şəhərinin "Ahmat" klubunu təmsil edir.
T. Rəhimov 2012-ci ildə Azərbaycandan Sankt-Peterburqa köçüb. O, Ə. Şervaniyevlə döyüşə Bakıda hazırlaşıb.
/Oxu.az/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31