Çempionlar Liqasında həftənin ən yaxşı qoluna namizədlər açıqlanıb
14 Mart 2019 13:25 İdmanUEFA Çempionlar Liqasında 1/8 finalın cavab görüşlərində vurulan ən yaxşı qola namizədlər açıqlanıb.
Olaylar.az bildirir ki, ən yaxşı adına hər iki "Ayaks" oyunçusu, Duşan Tadiçin və Lasse Şönenin "Real Madrid"ə (4:1), "Barselona"nın ulduzu Lionel Messinin "Lion"a (5:1), və "Liverpul"un hücumçusu Sadio Manenin "Bavariya"ya (3:1) vurduğu qollar namizəd göstərilib.
Qalib oyunçu UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində məlum olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31