Ronaldo Messiyə çatdı

"Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko Madrid"ə qarşı keçirilən cavab oyununda het-trik edib.

Olaylar.az bildirir ki, "3:0" hesabı ilə komandasına qələbə qazandıran Ronaldo, həm də ÇL het-triklərinin sayını 8-ə çatdırıb.

Portuqaliyalı hücumçu bu göstəriciyə görə, "Barselona"nın ulduzu Lionel Messiyə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31