Oyunlar eyni gündə olacaq

Topaz Premyer Liqasında XXI turunun təqvimi müəyyənləşib. Turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

Əslində, oyunlar iki günü əhatə etməli idi. Lakin milli komanda martın 16-da təlim-məşq toplanışına başlayacağından, TPL-in turun görüşləri ayın 15-də olacaq.

Topaz Premyer Liqası

15 mart (cümə)

16:00. "Sabah" - "Sumqayıt"

"Əlincə Arena"

16:00. "Zirə" - "Keşlə"

Zirə İdman Kompleksinin stadionu

16:45. "Səbail" - "Qarabağ"

"Bayıl Arena"

19:00. "Neftçi" - "Qəbələ"

"Bakcell Arena"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31