Buffon PSJ-də qalır
7 Mart 2019 14:04 İdmanFransanın PSJ klubu italiyalı qolkiperi Canluici Buffon ilə müqavilə müddətini uzatmaq barədə razılığa gəlib.
Olaylar.az bildirir ki, Paris təmsilçisi 41 yaşlı futbolçu ilə mövsümün sonunda bitəcək olan müqaviləni 2020-ci ilin yayına qədər uzadıb.
"Lequipe"-yə nəşrinə görə, müqavilənin 2021-ci ilə qədər uzadılması da istisna edilmir.
Qeyd edək ki, Buffon 2001-2018-ci illər arasında "Qoca sinyora"nın formasını geyinib. 2018-ci ilin yayında PSJ-yə transfer olunan qolkiper, Paris klubunda ilinə 7 milyon avro qazanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31