Dünya Çempionatı II tur: Azərbaycan İngiltərə ilə üz-üzə gəlir

Qazaxıstanın paytaxtı Astanada təşkil edilən şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Ölkəmizi turnirdə təmsil edən yığıma komanda II turda İngiltərə millisi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. II turda həm də İsveç - Qazaxıstan, ABŞ - Çin, Rusiya - Misir və Hindistan - İran qarşılaşmaları keçiriləcək.

Qazaxıstanın paytaxtı Astanada təşkil edilən şahmat üzrə komandalararası dünya çempionatı davam edir.

Ölkəmizi turnirdə təmsil edən yığıma komanda II turda İngiltərə millisi ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. II turda həm də İsveç - Qazaxıstan, ABŞ - Çin, Rusiya - Misir və Hindistan - İran qarşılaşmaları keçiriləcək.

Ötən gün ilk turda Azərbaycan Çinə 0,5:3,5 hesabı ilə uduzduğu halda, İngiltərə Qazaxıstana qalib gəlib - 2,5:1,5.

Azərbaycan çempionata Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasovla, İngiltərə isə Maykl Adams, Luk Makşeyn, Devid Hauell, Qaveyn Cons və Conatan Spilmenlə qatılıb.

Qeyd edək ki, ilk turdan sonra Çin, Hindistan, ABŞ, Rusiya və İngiltərə hərəyə 2 xalla ilk 5 pillədə qərarlaşıb. Sonrakı 5 pillədə isə Qazaxıstan, İran, Misir, İsveç və Azərbaycan qərarlaşıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31