19 yaşlı oyunçu üçün 120 milyon təklif etdilər

"Benfika"nın yarımmüdafiəçisi Joao Feliks uğrunda mübarizə qızışır. Daha bir Avropa nəhəngi 19 yaşlı oyunçu uğrunda yarışa qoşulub.

Belə ki, "Mançester Yunayted", "Barselona", "Real" və "Atletiko"dan sonra "Yuventus" da hücumameyilli futbolçunu transfer etmək niyyətindədi. Hətta rəqiblərini qabaqlayan "qoca sinyora" "Benfika"ya nə az, nə çox, düz 120 milyon avro təklif edib. Turinlilər qarşı tərəflə rəsmi danışıqlara start veriblər.

Qeyd edək ki, Joao Feliş ötən ildən "Benfika"da əsas komandanın formasını geyinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31