Qadın güləşçilərimiz U-23 Avropa çempionatında yarışacaq - HEYƏT

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Sabah qitə birinciliyində qadın güləşçilərin mübarizəsinə start veriləcək. Məsul yarışda yığmamızın məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Elis Manolova (65 kq) və Ceyla Nağızadə (68 kq) mübarizə aparacaq.

Qeyd edək ki, AÇ-də qadınlar martın 6-8-də çıxış edəcək.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31