Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı hazırlıqlar başlayır

AFFA-nın binasında keçirilən İcraiyyə Komitəsinin növbəti iclasında bir sıra qərarlar qəbul edilib.

Qurumun saytının məlumatına görə, Siyasət Əsgərov qadınlardan ibarat A milli komandaya, Vüqar Əsgərli U-19-a, Zamir Həsənov isə U-17 və U-15 yığmalarına baş məşqçi təyin olunub.

İclas zamanı 2019-2020-ci il mövsümündə Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50.000 (əlli min) AZN vəsait ayrıldığına dair qərar qəbul edilib. Əvəzedici komandasının I Divizonda iştirakından imtina edən TPL klubu 100 min AZN məbləğində cərimələnəcək.

Həmçinin Lisenziya Komissiyası və Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin tərkibi aşağıdakı kimi təsdiqlənib:

Lisenziya Komissiyası

Sədr - Elçin Səmədli

Sədr müavini - Sərxan İbadov

Üzvlər - İslam Bayramov, Firdovsi Qasımov, Mahmud Yusifov, Vladimir Fyodorov, Zaur Hacı-Məhərrəmov

Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi

Sədr - Nazim Əliyev

Sədr müavini - Rauf Quluzadə, Mikayıl Xəlilzadə, İlham Hacıyev, Anar Yusubov, Zamin Hüseynov, Orxan Hüseynzadə

Bir digər məsələ Tovuz rayonunda, "Turan-Tovuz" klubunun nəzdində Futbol Akademiyasının təsis olunması ilə əlaqədardı. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunub.

İcraiyyə Komitəsinin iclasında ölkəmizdə VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi ilə bağlı da qərar qəbul edilib. Sport7.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31