Nihat Kahveci İlham Əliyevə təşəkkür etdi
4 Mart 2019 12:54 İdmanNihat Kahveci AFFA-nın XXVI Hesabat Konfransından sonra jurnalistlərə açıqlama verib.
Veteran futbolçu bildirib ki, Türkiyə millisində çıxış edərkən də Bakıya gəlib:
"Təxminən, 7 il əvvəl idi. Amma dünən hava limanından çıxmağımdan "Ulduzlar finalı" oyununa qədər Bakının necə dəyişdiyinin şahidi oldum. Bakı hər anlamda inanılmaz dərəcədə dəyişib. Böyük sərmayə qoyulub. Ona görə də bu il Avropa Liqasının final oyunu Bakıya həvalə edilib. Möhtəşəm təşkilatçılıqdır. Azərbaycan üçün böyük şansdır. Çünki Avropa liqalarının topklubları: Napoli, Arsenal, Sevilya, Valensiya, Vilyareal, Çelsi bu turnirdə mübarizə aparır. Çempionlar Liqası kimi ab-hava var. Finalın gözəl keçəcəyinə inanıram.
Cənab prezident İlham Əliyevə, AFFA-ya, bütün səlahiyyətli şəxslərə, azərbaycanlı qardaşlarıma çox təşəkkür edirəm. Bizi çox yaxşı qarşıladınız. Mən də sizə Türkiyədən salamlarımı gətirdim. Ürəyim istərdi ki, Türkiyə komandalarını da daha irəli mərhələlərdə mübarizə aparmalarına şahid olaq. Amma təəssüf ki, alınmadı. Bu il finalda bir İspaniya təmsilçisini görə bilərik. "Napoli" çox yaxşı komandadır. Ona görə də onun finala qalacağını düşünürəm.
publika