“Liverpul” xal itirdi, “Çelsi” qalib gəldi

İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.

İlk oyun günündə 7 qarşılaşma keçirilib.

Açılış oyununda "Tottenhem" "Arsenal"ı qəbul edib. Son iki oyunda məğlub olan "Tottenhem" bu görüşdən qələbə ilə ayrılmaq istəyindəydi. Amma London derbisi heç-heçə başa çatıb.

"Mançester Siti" "Bornmut"u, "Mançester Yunayted" isə "Sauthempton"u sınağa çəkıb. Hər iki Mançester təmsilçisi turu qələbə ilə başa vurub.

"Vulverhempton" "Kardiff Siti"ni, "Brayton" "Haddersfild"i, "Vest Hem" isə "Nyukasl"ı məğlub yola salıb. Səfərdə "Bernli" ilə qarşılaşan "Kristal Pelas" da inamlı qələbəyə sevinib.

29-cu turun maraqla gözlənilən qarşılaşması Mersisaydda keçirilib. "Everton" doğma azarkeşləri önündə "Liverpul"la münasibətlərinə aydınlıq gətirəcək. Lider bu görüşdə xal itkisi ilə üzləşib.

Səfərdə "Fulhem"lə qarşılaşan "Çelsi" isə turu qələbə ilə başa vurub.

İngiltərə Premyer Liqası, 29-cu tur

2 mart

Tottenhem - Arsenal 1:1
Qol: Keyn, 74-pen - Remzi, 16.

Bornmut - Mançester Siti 0:1
Qol: Mahrez, 55.

Mançester Yunayted - Sauthempton 3:2
Qol: A.Pereyra, 53. Lukaku, 59; 88 - Valeri, 26. Uord-Prouz, 75.

Vulverhempton - Kardiff Siti 2:0
Qol: Jota, 16. R.Ximenes, 18.

Bernli - Kristal Pelas 1:3
Qol: Barnes, 90 - Bardsli, 15-öz qapısına. Batşuayi, 48. Zaha, 76.

Brayton - Haddersfild 1:0
Qol: Andone, 79.

Vest Hem - Nyukasl 2:0
Qol: Rays, 7. Noble, 42-pen.

3 mart

Uotford - Lester 2:1
Qol: Dini, 5. Qrey, 90 - Vardi, 75.

Fulhem - Çelsi 1:2
Qol: Çambers, 28 - İquayn, 20. Jorjinyo, 31.

Everton - Liverpul 0:0

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31