UEG Texniki Komitəsinin nümayəndəsi: "Bu il Bakıda bədii gimnastika üzrə çox yarış keçiriləcək"
1 Mart 2019 18:27 İdmanBu il Bakıda bədii gimnastika üzrə çoxlu yarışlar keçiriləcək.
Milli.Az bildirir ki, bunu Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin nümayəndəsi Marina Lobaç deyib.
O bildirib ki, Texniki Komitə Bakıda mayın 16-19-da baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı ərəfəsində püşkatma keçirəcək:
"Bu gün Bakıda keçirilmiş iclasda biz yarışla bağlı müxtəlif məsələləri müzakirə edirik, zalın necə hazırlandığını müşahidə edirik, ölkələrin və iştirakçıların sayını yoxlayırıq".
M.Lobaç əlavə edib ki, bu il Bakıda bir çox yarışlar planlaşdırılır:
"2019-cu ildə Bakəda bədii gimnastika üzrə bir çox yarış keçiriləcək. Bu yarışlar Dünya Kuboku, Avropa çempionatı və dünya çempionatıdır".
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31