Bu gün "El Klasiko" baş tutacaq - Əzəli rəqiblərin dueli

Futbol üzrə İspaniya Kubokunda finala vəsiqə qazanacaq ilk komandanın adına aydınlıq gələcək.

Olaylar.az bildirir ki, "Bernabeu" stadionunda baş tutacaq qarşılaşmada "Real Madrid" və "Barselona" klubları qarşı-qarşıya gələcək. 

Matç Bakı vaxtı ilə bu gecə 00:00-da başlayacaq. 

Bu komandalar arasında İspaniya Kuboku çərçivsində "Nou Kamp"da baş tutan ilk görüş 1:1 hesabı ilə nəticələnib.

Qeyd edək ki, indiyə qədər "El Klasiko"larda "Real" 95, "Barselona" isə 93 qələbə qazanıb. 51 görüş isə heç-heçə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31