Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar idman yarışı keçirildi
25 Fevral 2019 14:12 İdmanYAP Pirallahı rayon təşkilatı və S-1 peşəkar döyüş liqasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar idman yarışı keçirilib.
Olaylar.az xəbər verir ki, Pirallahı rayon İdman Kompleksində baş tutan turnirə Bakı və Sumqayıt şəhərlərini təmsil edən 90 nəfər aşağı və orta çəki dərəcələrində idmançı qatılıb. Tədbirdə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov bildirib ki, idmanın inkişafı dövlətimizin inkişaf strategiyasının əsas istiqamətlərirdən biridir.
Turnirin sonunda qaliblərə medal və diplomlar verilməklə yanaşı turnirin təşkilində əməyi olanlar S-1 peşəkar döyüş liqası prezidentinin Sərəncamı ilə Fəxri Fərmanla təltif olundular.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31