23 yaşlı futbolçu Messinin rekorduna yaxınlaşdı

İtaliya A seriyasının XXV turunun açılış matçında "Empoli"ni qəbul edən "Milan" 3:0 hesablı qələbəyə sevinib. Bu qarşılaşmada qollardan birinə imza atan "rossonyerlər"in transferi Kşiştof Pyontek bombardirlər yarışında liderə yaxınlaşıb.

Belə ki, aktivindəki topların sayını 18-ə çatdıran forvard yalnız "Yuventus"un hücumçusu Kriştianu Ronaldodan 1 qol geri qalır. "Milan"ın heyətində keçirdiyi 6 görüşdə 7 dəfə fərqlənən 23 yaşlı oyunçu bu mövsüm bütün klub turnirlərində qollarının sayını 26-ya çatdırıb. O, buna 27 oyunda nail olub.

Pyontek hazırda yalnız "Barselona"nın kapitanı Lionel Messidən geri qalır. Argentinalı superulduz 31 görüşdə 30 qola imza atıb.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31