Millimiz Rusiya, Belarus və İran yığmaları ilə qarşılaşacaq

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası fevralın 28-dən martın 6-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq "Kuban baharı" beynəlxalq turnirdə iştirak edəcək.

Millimiz martın 1-də Rusiya, iki gün sonra Belarus, ayın 5-də isə İran yığması ilə qarşılaşacaq.

azertac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31