"Kral klubu"nun ulduzu toyu üçün ada icarəyə götürüb

Uels milli komandasının və "Real Madrid" klubunun ulduzu Qaret Beylin Emma Ris-Consla toy mərasimi İspaniyada Balear adalar qrupuna daxil olan Taqomaqoda keçiriləcək. 

Olaylar.az bildirir ki, şəxsi ada sayılan Taqomaqo İbitsanın şərq hissəsində yerləşir, 1525 metr uzunluğa və 113 metr enə malikdir. Qonaqlar mərasimlə qayıqlarla gələcəklər. Adanın bir həftəlik icarəsi cütlüyə 130 min funt sterlinqə başa gələcək. 

Sözügedən ada cütlük üçün emosional planda xüsusi yer tutur. Beyl məhz burada Emma Ris-Consa evlilik təklif edib. Onlar toya 3 övladları dünyaya gələndən sonra qərar veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31