“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası ölkə birincisi olub
18 Fevral 2019 12:27 İdmanGənclər arasında keçirilən boks üzrə Azərbaycan birinciliyinə yekun vurulub. "OLAYLAR" xəbər verir ki, 10 çəki dərəcəsində təşkil olunan yarışlarda respublikanın şəhər və rayonlarından 35 komanda olmaqla 150 nəfərə yaxın idmançı mübarizə aparıb.
Birincilikdə bütün çəki dərəcələrində təmsil olunan "Təhsil" Respublika İdman Mərkəzinin yığma komandası 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq komanda hesabında birinci yerə layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31