Azərbaycan futbolunda qeyri-adi hadisə: Hakim əvəz edildi
16 Fevral 2019 18:07 İdmanTopaz Premyer Liqasının XVII turunda keçirilən "Keşlə" - "Sumqayıt" görüşündə maraqlı hadisə baş verib.Bu dəfə oyunçu yox, hakim dəyişikliyi baş verib.
Belə ki, baş hakim Rauf Cabbarov fasilədən sonra meydana çıxmayıb. Buna səbəb referinin ciddi zədələnməsi olub. Onun əvəzinə görüşün 4-cü hakimi Rauf Allahverdiyev ikinci hissədə baş hakim funksiyasını yerinə yetirib.
Qeyd edək ki, "Keşlə" - "Sumqayıt" qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31