Bakıda atletika üzrə Antipov memorialı keçiriləcək
14 Fevral 2019 16:23 İdmanFevralın 15-16-da Respublika Olimpiya Mərkəzində Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanma üzrə XI beynəlxalq memorial keçiriləcək. Azərbaycan Atletika Federasiyasından (AAF) bildiriblər ki, yarışda Azərbaycan, Rusiya və Gürcüstandan atletlər iştirak edəcəklər. Turnirdə kişilər, 2002-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparacaqlar.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31