Dünyanın ən ucaboy futbolçusu İngiltərə klubu ilə müqavilə bağlayıb
8 Fevral 2019 16:29 İdmanİngiltərənin VI Divizionunda çıxış edən "Dalviç Hemlet" klubu danimarkalı qapıçı Simon Yorgensenlə müqavilə bağlayıb.
26 yaşlı qolkiper dünyanın ən ucaboy oyunçusu sayılır. Yorgensenin boyu 210 santimetrdir. O, yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, Simon Yorgensen "Kopenhagen"in yetirməsi olsa da, əsas komandaya yüksələ bilməyib. 2010-2017-ci illərdə o, Danimarkanın müxtəlif klublarında çıxış edib və daha sonra İngiltərəyə yollanıb. O, əvvəlcə "Akkrinqton Stenli", daha sonra yarımhəvəskar "Uaythouk" komandalarının formasını geyinib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31