Aleksandr Çeferin: "ÇL-dən ayrılan klublar azarkeşlərin gözündən düşəcək"
8 Fevral 2019 12:18 İdmanXəbər verdiyimiz kimi, dünən İtaliyanın paytaxtı Romada UEFA prezidentliyinə seçkilər keçirilib. Yeganə namizəd olan Aleksandr Çeferin yenidən 4 il müddətinə UEFA-ya rəhbərlik etmək hüququ qazanıb.
Maraqlıdır ki, seçkilərdən sonrakı ilk çıxışında köhnə-yeni UEFA prezidenti Çempionlar Liqasından ayrılmaq niyyəti olan klubları hədələyib: "Nə qədər ki, mən burdayam Super Liqa və ya hansısa alternativ turnir keçirilməyəcək. Çempionlar Liqasından ayrılan klublar azarkeşlərin gözündən düşəcək, böyük klub adını itirəcəklər. Çünki onların böyüklüyü keçmişləridir. Həmin keçmiş isə Çempionlar Liqası ilə bağlıdır".
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31