9 klub bir ildən çoxdur oyunçularına maaş vermir
8 Fevral 2019 11:57 İdmanKamerunun futbol çempionatının doqquz klubu bir mövsümdən çoxdur öz oyunçularına maaş ödəmir.
Bu barədə report xarici mətbuata istinadən xəbər verir.
"Vəziyyət faciəlidir. Biz futbolçulardan zənglər qəbul edirik, hansılar ki, uşaqlarına yedirməyə heç nələri yoxdur və bu şoka salır", - Kamerun oyunçuları Həmkarlar İttifaqının prezidenti Jeremi Njitap bildirib.
Qeyd edilir ki, bütün komandalar öz klubunun hər bir futbolçusuna dövlətdən yardım alır. Həm də ödəmə aylıqdır və sabitdir.
Daha əvvəl Bakının "Keşlə" klubu Kamerun millisinin sabiq futbolçusunu baxışa çağırıb.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31