Peşəkar döyüş liqasının yeni mərkəzi açılıb

" S-1 peşəkar döyüş liqasının yeni mərkəzinin açılışı olub. Mərkəzin açılışında S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov,  S-1 peşəkar döyüş liqasının birinci vitse-prezidenti İsmayıl Əliyev və S-1 peşəkar döyüş liqasının vitse-prezidenti Mərdan Vəliyev, həmçinin tanınmış idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Olaylar.az xəbər verir ki, açılış mərasimində çıxış edən S-1 peşəkar döyüş liqasının prezidenti Hikmət Şikarov bildirib ki,ölkəmizdə idmanın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən  aparılan məqsədyönlü idman siyasəti nəticəsində  idmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır.

Açılışda iştirak edən digər qonaqlar S-1 peşəkar döyüş liqasının son dövrdə təkcə Bakıda deyil, respublikamızın bütün bölgələrində gənclər arasında geniş marağa səbəb olduğunu qeyd etdilər. Yeni Mərkəzin açılışı S-1 peşəkar döyüş  liqasının inkişafında yeni imkanların yarandığı vurğulandı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31