Aleksander Çeferin növbəti dəfə dörd il müddətinə UEFA-nın prezidenti vəzifəsinə seçilib.
Bu barədə qərar fevralın 7-də UEFA-nın Romada keçirilən 43-cü Konqresində qəbul edilib.
Qeyd edək ki, 51 yaşlı A.Çeferin 2016-cı ilin sentyabrında UEFA prezidenti seçilib. O, UEFA-nın yeddinci prezidentidir.
Axar.az