Fatih Terimə ağır itki üz verib
6 Fevral 2019 11:47 İdmanTürkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi Fatih Terimin atası vəfat edib.
Talat Terim Adana şəhərində müalicə aldığı xəstəxanada 94 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, F.Terim fevralın 2-də "Qalatasaray"ın səfərdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Alanyaspor"la XX tur matçından sonra mətbuat konfransına qatılmayıb və səhhətində problem yarandığı üçün reanimasiyaya yerləşdirilən atasının yanına gedib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31