UEFA-dan mühüm yenilik – Səfər qolu qaydası ləğv olunur
6 Fevral 2019 11:32 İdmanUEFA Çempionlar Liqasında səfər qolu qaydasını ləğv etməyə hazırlaşır.
Olaylar.az bildirir ki, məsələ qurumun İcraiyyə Komitəsinin bu gün Romada keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və bu barədə yekun qərar qəbul olunacaq. Böyük ehtimalla, sözügedən qayda dəyişdiriləcək.
Qeyd edək ki, Çempionlar Liqası da daxil olmaqla, bəzi turnirlərdə səfərdə vurulan qollar komandalar üçün üstünlük hesab edilir. Bu qayda bir sıra klubların narazılığı ilə qarşılanır. Bundan əvvəl İngiltərə kubokunda səfər qolu qaydası ləğv olunub. Beynəlxalq Futbol Assosiasiyaları Birliyi də ölkə federasiyalarına bu qaydadan imtinaya icazə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31