Ukrayna Rusiyadakı Qış Universiadasında iştirakdan imtina edib

Ukrayna komandası Rusiyanın Krasnoyarsk şəhərində keçiriləcək Qış Universiadasında iştirak etməyəcək.

Bu barədə Ukrayna gənclər və idman nazirinin birinci müavini İqor Qotsul açıqlamasında bildirib. O, ukraynalı idmançıların Krasnoyarska getməyəcəklərini vurğulayıb. 

Artıq iştirak üçün müraciətin müddəti başa çatıb.

Qeyd edək ki, 29-cu Qış Universiadası martın 2-12-də keçiriləcək. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31