İvanovkada "İdman Festivalı keçirildi"
“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə İsmayıllı rayonunun İvanovka kənd tam orta məktəbində “İdman Festivalı ” keçirilib.
1 Fevral 2019 17:46 İdman"TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması" layihəsinin 5-ci mövsümündə İsmayıllı rayonunun İvanovka kənd tam orta məktəbində "İdman Festivalı " keçirilib.
Olaylar.az xəbər verir ki, İsmayıllı rayonunun İvanovka kənd tam orta məktəbində keçirilən İdman Festivalında 5-6-7-8 sinif şagirdlərindən 100 nəfər iştirak etmişdir ."İdman Festivalında" şagirdlər müxtəlif idman fəaliyyətlərindən ibarət olan estafetlərdə öz bacarıqlarını nümayiş etdirmiş və musiqili əyləncəli proqramlarla çıxış etmişlər. Festivalda uşaqların çıxışlarını İsmayilli rayon Təhsil Şöbəsinin məsul işçiləri, məktəbin müəllim kollektivi və valideynlər izləmişlər.
Açıq dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, TOPs layihəsinin bölgələrdə də uğurla tətbiq olunduğunu görməkdən məmnundurlar.