Həbib türk ölkəsində realiti-şou aparacaq
31 Yanvar 2019 13:19 İdmanYüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Qazaxıstanda realiti-şounun aparıcısı olacaq.
Bu barədə "Sovetski sport" yazıb.
Məlumata görə, layihənin çəkilişləri may ayında başlayacaq. Proqrama qonaq kimi məşhur idmançılar və müxtəlif ölkələrdən olan olimpiya çempionları dəvət olunacaq.
Qonaqlar idman və Qazaxıstan folkloruna dair sualların veriləcəyi müsabiqələrdə iştirak edəcəklər.
Şou 118 ölkədə yayımlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31