"Rossenyer"lər yarımfinala yüksəldi

İtaliya kubokunda ilk yarımfinalçı müəyyənləşib.

Olaylar.az bildirir ki, Milan klubu 1/4 final mərhələsində "Napoli"yə 2:0 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb. 

"Rossonyerlər"i yarımfinala yüksəldən hər iki qolu yeni transfer polşalı hücumçu, Kşiştof Pyontek vurub.

Qeyd edək ki, digər qarşıdurmalar Fiorentina" - "Roma", "Atalanta" - "Yuventus" və "İnter" - "Latsio" komandaları arasında olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31