Makqreqor yeni yaxtası ilə lovğalandı - VİDEO
28 Yanvar 2019 18:53 İdmanİrlandiyalı MMA döyüşçüsü və boksçu Konor Makqreqor yeni yaxtasını nümayiş etdirib.
Bazar günü, yanvarın 27-də "Instagram"da yayılan videoda o, aldığı yaxtanın şəkillərinin olduğu broşürü vərəqləyir.
Döyüşçü qiyməti 3 milyon funt (7 milyon manat - red.) dəyərində fransız brendi "Prestige" istehsalı olan gəmi alıb.
Broşürün səhifələrindən birində amerikalı boksçu Məhəmməd Əlinin sözləri qeyd olunub.
"Risk etmək üçün yetərli dərəcədə cəsarətli olmayan həyatda heç nəyə nail olmayacaq", - deyə sitatda deyilir. Lakin Məhəmməd Əlinin adının yazılışında səhvə yol verilib - müəlliflər Muhammad əvəzinə, Mohammad yazıblar (boksçunun adı ingiliscə Muhammad yazılır).
Növbəti səhifədə isə K.Makqreroqun öz sözləri qeyd olunub:
"Arzu dalınca qaçmaq məni ilhamlandırır"