Rusiyada hokkeyçi oyun zamanı hakimin ayağını sındırdı - VİDEO

Rusiyanın "Vityaz" - "Torpedo" hokkey komandaları arasında baş tutan qarşılaşma zamanı xoşagəlməz hal yaşanıb. 

Nijeqorod klubunun hücumçusu Danil Veryayev oyun zamanı hakim Eduard Odinş ilə toqquşub. 

Toqquşma nəticəsində hakimin ayağı sınıb. Hakim dərhal xəstəxanaya çatdırılıb. 

Qarşılaşma "Torpedo"nun 6:0 hesablı qələbəsi ilə başa çatıb.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31