Ötən mövsüm Avropanın ən çox gəlir əldə edən klubu açıqlanıb
24 Yanvar 2019 18:56 İdman"Deloitte" analitik şirkəti 2017/2018 mövsümü üçün Avropanın futbol klublarının gəlirlərini açıqlayıb.
Hesabatda ilk yeri İspaniya "Real Madrid"i tutur. 2014/2015 mövsümündən sonra yenidən zirvəyə yüksələn "kral klubu" rekord məbləğdə - 750,9 milyon avro qazanıb. İkinci sıradakı "Barselona" 60,5 milyon avro az pul götürüb.
"Üçlüy"ü 666 milyon avro ilə İngiltərənin "Mançester Yunayted" klubu qapayır.
İlk "20-lik"də yer alan klubların ümumi gəliri də rekord məbləğ - 8,3 milyard avro təşkil edib.
report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31