Afrikada stadiona ildırım düşdü, dörd futbolçu öldü

Burundidə futbol oyunu zamanı ildırım düşməsi dörd futbolçunun həyatını itirməsinə səbəb olub.

Ölkənin ən çox əhali yaşayan şəhəri olan Bucumburadan 120 km şimaldakı Nqozidəki futbol qarşılaşması zamanı stadiona ildırım düşüb.

İldırım stadiondakı futbolçuların altısını vurub. Onlardan ikisi hadisə yerində, ikisi isə yerləşdirildikləri xəstəxanada ölüb. Ağır yaralı olan iki futbolçunun müalicəsi davam etdirilir.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31