UFC döyüşçüsünü yarış zamanı soydular
21 Yanvar 2019 18:17 İdmanММА döyüşçüsü Qreqor Qillespi Nyu-Yorkda keçirilən UFC Fight Night 143 turniri zamanı soyğunçuların hücumuna məruz qalıb.
Bu barədə idmançı özü şəxsi İnstagram hesabında məlumat paylaşıb.
Qillespinin sözlərinə görə, turnirin keçirildiyi Barclays mərkəzindən ona və məşqçisinə aid 2 çanta oğurlanıb.
Qillespi yazıb ki, oğrular çantanı və oğurladıqları əşyaları özlərində saxlaya bilər, amma heç olmasa pul qabını qaytarsınlar.
31 yaşlı amerikalı idmançı həmin turnirdə rəqibini 2-ci raundda nokauta uğradıb. Bu, onun MMA qaydalarına görə 13-cü döyüşdə 13-cü qələbədir.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31