Mütləq Döyüş Çempionatının (UFC) təşkilatçıları yeni döyüş kəmərini təqdim ediblər.
Bu il qalib idmançılara veriləcək 4,7 kq-lıq kəmər təbii dəridəndir. Sol tərəfdən çempionunun adı, çəki dərəcəsi, həmçinin qalib ölkənin bayrağı həkk olunacaq.
Kəmərin kənarları daşlarla bəzədilmişdir. İdmançı hər dəfə titulu qoruduqdan sonra daş qırmızı yaqutla əvəzlənəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31