Fiziki tərbiyə müəllimləri üçün keçirilən TOPs təlimləri başa çatıb

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin beşinci mövsümündə fiziki tərbiyə müəllimləri üçün keçirilən təlimlər başa çatıb. Layihənin rəhbəri Vəli Musayev Olaylar.az-a bildirib ki, bu təlimlərdən sonra Bakı şəhərinin bütün ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri 3 günlük TOPs təlimlərində iştirak etdilər və növbəti təlimlərə isə həmin məktəblərin ibtidai siniflərində fiziki tərbiyə fənnini tədris edən ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Təlimləri müvəffəqiyyətlə başa vuran müəllimlərə Sertifikatlar təqdim olunacaqdır.

"TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması" layihəsinin beşinci mövsümündə fiziki tərbiyə müəllimləri üçün keçirilən təlimlər başa çatıb.

Layihənin rəhbəri Vəli Musayev Olaylar.az-a bildirib ki, bu təlimlərdən sonra Bakı şəhərinin bütün ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri 3 günlük TOPs təlimlərində iştirak etdilər və növbəti təlimlərə isə həmin məktəblərin ibtidai siniflərində fiziki tərbiyə fənnini tədris edən ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Təlimləri müvəffəqiyyətlə başa vuran müəllimlərə Sertifikatlar təqdim olunacaqdır.

TOPs layihəsi çərçivəsində innovativ tədris materialları olan Metodiki  tədris kartları hazırlanmış və təlimidə iştirak edən məktəb müəllimlərinə təqdim edilmişdir. Metodiki tədris kartları ümumtəhsil məktəblərinin Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanmışdır. Mövzular üzrə gündəlik planlaşdırmanı əvəz edir və müəllim fəaliyyətinin stimullaşdırılması üçün nəzərdə tutulmuşdur. Belə Tədris Kartları müəllim fəaliyyətinin gündəlik planlaşdırılması üçün hesablanıb .

Təlimlərdə iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsulları ilə  açıq dərslər keçəcək və idman festivalları təşkil edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31