Qazaxıstan millisi baş məşqçisi ilə yollarını ayırıb
17 Yanvar 2019 15:42 İdmanFutbol üzrə Qazaxıstan milli komandası baş məşqçisi Stanimir Stoylovla yollarını ayırıb.
52 yaşlı bolqarıstanlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Yığma Stoylovun rəhbərliyi altında 3 yoxlama görüşü keçirib və UEFA Millətlər Liqasında iştirak edib.
Qeyd edək ki, Stanimir Stoylov 2018-ci ilin martından Qazaxıstan millisində çalışıb. O, 2015-ci ildə "Astana"ya rəhbərlik etdiyi dövrdə Qazaxıstan təmsilçisini Çempionlar Liqasının qrup mərhələsinə yüksəldən ilk və yeganə mütəxəssisdir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31