On iki yaşlı hindistanlı şahmatçının böyük uğuru
16 Yanvar 2019 17:00 İdmanTurnirdə iştirak edən hindistanlı gənc Tamil Nadus D Qukeş yarışın sonuna bir tur qalmış qrossmeyster adını qazanıb. O bu nəticəni 12 yaş 7 ay 17 günlüyündə göstərib. Qukeş bu göstərici ilə dünya şahmat tarixində ikinci ən gənc qrossmeysterdir. Dünyanın ən gənc qrossmeyster adını isə hələ də rusiyalı Sergey Karyakin daşıyır.
Karyakin 12 yaş 7 aylığında qrossmeyster adını qazanıb. Üçüncü yerdə isə ötən ilin sonunda 12 yaş 10 ayında qrossmeyster adını qazanmış özbək Cavohir Sindarov qərarlaşıb.
Qeyd edək ki, hazırki dünya çempionu norveçli Maqnus Karlsen qrossmeyster adına 13 yaş 4 ay 27 günlüyündə sahib olub.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31