Sərdar Aziz “Qalatasaray”ı UEFA-ya şikayət edəcək

Baş məşqçi Fatih Terimin istəyi ilə transferə çıxarılan "Qalatasaray"ın müdafiəçisi Sərdar Aziz İstanbul təmsilçisini UEFA-ya şikayət edəcək.

Buna səbəb onun transfer vərəqəsini "sarı-qırmızılılar"dan ala bilməməsidir. 

Maaşını almaq baxımından da problem yaşayan arxa xətt oyunçusu qitə futbol qurumu vasitəsilə bütün problemləri həll etmək istəyir.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31